RU

ASELSAN Türkiyə Silahlı Qüvvələrinə tuşlama dəstləri tədarük edəcək

Türkiyə Silahlı Qüvvələrinə tuşlama dəstlərinin tədarükü üçün ASELSAN şirkəti və Türkiyənin Müdafiə Sənayesi Başqanlığı arasında ümumi dəyəri 351.4 milyon ABŞ dolları (12 milyard TL) olan müqavilələr imzalanıb.

“Poliqon” xəbər verir ki, bu barədə ASELSAN şirkətinin İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) təqdim edilən məlumatında bildirilib.

Müqavilələr çərçivəsində tədarüklər 2025-2028-ci illər ərzində həyata keçiriləcək.

Избранный
31
poliqon.az

1Источники