RU

İspaniya kral və kraliça təhqir olunub, daş-qalaq edilib - Foto

İspaniyanı vuran daşqınlar artıq 272 nəfərin həyatına son qoyub...

Poliqon xəbər verir ki, İspaniya kralı VI Felipe və həyat yoldaşı Letizia vəziyyəti şəxsən qiymətləndirmək üçün Valensiyadakı daşqın bölgəsinə baş çəkmək istəyib.

Kral və kraliça baş nazir Pedro Sançes və regional prezident Karlos Meysonla birlikdə Paiportoya gəliblər. Lakin kral cütlüyü salamlaşma ilə deyil, palçıq, daş, şüşə və çubuq atmaqla qarşılanıb. İnsanlar onları əhaliyə kifayət qədər kömək etməməkdə günahlandırıb və təhqir etməyə başlayıblar. Kütlə onıar "qatil" adlandırıb.

"Sizdə hər şey var, amma insanlar burada ölür!", deyə onlar kraliçanı təhqir ediblər.

Mühafizəçilər ziyarəti yarımçıq qoymağa və kralı təhlükəsiz yerə aparmağa çalışıb, lakin nəticəsi olmauyıb. Kütlə kral cütlüyünə ərazini tərk etməyə icazə verməyib. Polis atlı zabitlərdən istifadə edərək vəziyyəti nəzarət altına almağa çalışıb.

Poliqon.info

Избранный
29
19
poliqon.info

10Источники