RU

Türkiyə müdafiə sənayesinin ixracatı beş milyard dolları ötüb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2024-cü ilin oktyabr ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin oktyabrında 820.8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2023-ci il oktyabr –509.9 milyon ABŞ dolları) 2024-cü ilin oktyabr ayında ixrac olunan məhsulların dəyəri artıb.

Cari ilin geridə qalan 10 ayı ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumi dəyəri 5.1 milyard ABŞ dollarından çox olan məhsul ixrac edilib.

Избранный
26
poliqon.az

1Источники