RU

"Heç-heçəni ədalətli nəticə sayıram" - Bədavi Hüseynov

Misli Premyer Liqasının 12-ci turunda səfərdə "Turan Tovuz"la heç-heçə edən "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov oyun barədə fikirlərini bölüşüb. 

Azərbaycan millisinin futbolçusu Fanat.Az-a danışıb:

"Bilirdik ki, "Turan Tovuz" yaxşı formadadır. Komandanın ev oyununda inamlı çıxış edəcəyindən xəbərdar idik. Matça yaxşı hazırlaşmışdıq. 

Möhtəşəm ab-hava var idi. Həm bizim, həm də rəqibin qol imkanları oldu. Heç-heçəni ədalətli nəticə sayıram. Ümumilikdə azarkeşlər yaxşı mübarizəyə şahidlik etdilər. Əlbəttə, süni örtükdə oynamaq müəyyən çətinliklər yaradır. Rəqib sintetik qazon üzərində oynamağa öyrəşib. Sürətli futbol sərgiləməyə çalışdıq. Sonadək tempi qoruya bildik. Əlbəttə, səhvlərimiz də oldu. Ancaq ümumilikdə çıxışımız pis alınmadı. Bu matç "Budyo Qlimt"lə səfərdə keçirəcəyimiz Avropa Liqası oyunu ərəfəsində bizim üçün faydalı oldu".

Nihat

Избранный
26
fanat.az

1Источники