Müğənni Günay İbrahimli virusa yoluxub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda özü paylaşım edib. Bir neçə gündür virusa yoluxduğunu deyən Günay izləyicilərinə səslənib:
"Əziz dostlar, özünüzü qoruyun. Çox pis virus gəzir. 1 həftə 5 sistemdən sonra nəhayət güc-bəla ilə özümə gəlmişəm. Sağlamlığınıza bu aralar diqqət edin".
Günay hazırda özünü yaxşı hiss etdiyini və yeni işini yayımlamağa hazırlaşdığını vurğulayıb.
Milli.Az