RU

Cənubi Koreya KF-21 qırıcıları üçün “Meteor” raketləri alır

Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramları Agentliyi (DAPA) hazırda istehsalda olan yerli KF-21 “Boramae” döyüş təyyarələri üçün Fransanın MBDA şirkətindən “hava-hava” tipli “Meteor” raketləri alır.

“Poliqon” “Yonhap” xəbər agentliyinə istinadən bildirir ki, bunun üçün DAPA və MBDA şirkəti arasında satınalma müqaviləsi imzalanıb.

Müqavilə çərçivəsində Cənubi Koreya Hərbi Hava Qüvvələrinin (HHQ) KF-21 qırıcıları üçün 100 ədəd “Meteor” raketi tədarük ediləcək.

Qeyd edək ki, Cənubi Koreya cari ilin iyul ayında KF-21-lərin kütləvi istehsalına başlayıb. İlkin mərhələdə 20 ədəd döyüş təyyarəsinin istehsal olunması və onlardan birincisinin 2026-cı ilin sonunda Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılıb.

Həmçinin bax: KF-21 döyüş təyyarəsinin “Meteor” raketi ilə atış sınağı həyata keçirilib

Избранный
21
poliqon.az

1Источники