RU

Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr aylarında Bakıda sənayedə istehsalolunmuş malların və göstərilmiş xidmətlərin həcmi 39,8 milyardmanat təşkil edib.

Bu barədə Trend-əBakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Sənaye məhsulunun 75,5 faizi mədənçıxarma, 21,4 faizi emal, 2,3faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi vətəchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsivə emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 82,6 faiz olub. İstehsalınümumi həcmində sənaye məhsulunun payı 89,9 faiz, sənaye xarakterlixidmətlərin göstərilməsi isə 10,1 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılaragöndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərəalınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2024-cü ilvəziyyətinə 494,2 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmışvə satış üçün nəzərdə tutulmuş 46,5 milyon manat məbləğində digərməhsullar da mövcud olub.

Məqalədə:
Избранный
21
az.trend.az

1Источники