RU

BQXK əməkdaşları Azərbaycanda saxlanılan Qarabağ separatçılarına yenidən baş çəkib

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları ötən ay Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə BQXK-dan məlumat verilib.

Qeyd olunub ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

Mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir.

BQXK həmçinin şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır.

BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.

Избранный
45
40
operativmm.az

10Источники