RU

Şimali Koreya Rusiyaya hərbi dəstək müqabilində düyü alacaq

Cənubi Koreya kəşfiyyatı və hərbi rəsmilərinin bildirdiyinə görə, Şimali Koreya Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyasını dəstəkləmək üçün minlərlə hərbçi göndərib. Rusiyanın Şimali Koreyaya hərbi dəstək qarşılığında ildə 600-700 min ton düyü verəcəyi iddia edilir.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti (NIS) bu əməkdaşlığın uzunmüddətli faydasının Şimali Koreya üçün məhdud olacağına dair təhlil dərc etsə də, bəzi ekspertlər Pxenyanın bu addımının Moskvanı Koreya yarımadasında mümkün gərginlikdə öz tərəfinə çəkmək strategiyasının bir hissəsi olduğunu deyirlər. 

Milli Təhlükəsizlik Strategiya İnstitutunun məlumatına görə, Şimali Koreyanın qoşun göndərmək qərarı ABŞ prezident seçkilərindən əvvəl Donald Trampın qalib gələcəyi təqdirdə Ukrayna müharibəsinin tezliklə bitəcəyi gözləntilərinə əsaslanır.

Hesabatda, “Tramp administrasiyası dövründə ABŞ Ukraynadan geri çəkilə bilər və bu, Pxenyanın Moskva ilə illərdir inkişaf etdirdiyi strateji tərəfdaşlıq strukturunu zəiflədə bilər” ifadəsi işlədilib.

QAZİLER.AZ

Избранный
32
1
qaziler.az

5Источники