"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorim transferlər üçün rəhbərlikdən böyük həcmdə vəsait tələb edib.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" yayıb.

Mənbəyə görə, portuqaliyalı mütəxəssis yayda transferlərə 200 milyon avro büdcə ayırılmasını istəyib. Belə ki, təcrübəli çalışdırıcı "Sportinq"dən Viktor Qyökeresi, Hjulmand və Qonçalo İnasionunu komandasında görmək istəyir. 

Qeyd edək ki, sözügedən baş məşqçi noyabrın 11-dən etibarən "qırmızı şeytanlar"a rəhbərlik edəcək.