RU

“Yerli inkişaf təşəbbüsü ilə Anadolu zənginliklərini dünyaya tanıtmağa davam edirik”, M.F.Kacır

 

Türkiyənin Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Manisa şəhərinə aid məsir məcununun da siyahıya daxil olması ilə Avropa İttifaqı (Aİ) tərəfindən təsdiqlənən coğrafi işarəli məhsul sayının 28-ə yüksəldiyini bildirib. O, mövzu ilə bağlı sosial media hesabında paylaşım edib.

Məsir məcununun Aİ tərəfindən təsdiqlənən coğrafi işarəli məhsul siyahısına daxil olmasını paylaşan Kacır bunları qeyd edib: "41 fərqli ədviyyatla hazırlanan, şəfalı tərkibi və əsrlik ənənəsi ilə məsir məcunumuz mədəni irsimizin ən dəyərli dadları arasında yer alır. Yerli inkişaf təşəbbüsü ilə Anadolu zənginliklərini dünyaya tanıtmağa davam edirik."



Избранный
17
trt.net.tr

1Источники