RU

İTV “Popumuz var”ı niyə yayımlamadı?

“Bizdə sənət adamları danışmır, sənət adamlarının ictimai mövqeyini güllələyiblər. Demək olar ki, yox dərəcəsindədir. Məncə, müqayisədə biz üzə çıxmışıq. Məni bu potensialla aparıb qoysalar Fransa şou-biznesinin ortasına orada itə bilərəm”.

OLAY yazır ki, bu sözləri müğənni Murad Arif dizayner Aynur Xəlilovanın “Hərşeyşünas” podkastında qonaq olarkən söyləyib. 

“Gəlin, açıq danışaq: Ey hörmətli telekanallar, söz və fikir azadlığı kontekstində sonuna qədər azad deyilsiniz. Hər birinizin senzuranız var. Elə olmasaydı, sizin efirlərinizdə biz mütəmadi olaraq casarətlə məmur və nazirlərin tənqidləri ilə məşğul olduğunuzu görərdik. Biz hamımız yaxşı bilirik ki, feysbukda hamı danışır, fikirlərini bildirir. Məsələn, siz necə kanalizasiya sistemi düzəltmisiniz ki, körpünün altında gündüz vaxtı 2 nəfər sudan boğulur? Biz bunu hamımız danışırıq. Amma həmin o əyləncə mövzusunda idbarlığa qol qoyan efir bəzən bunu bir neçə saat və ya gün gec danışır. Bəzən isə heç qeyd belə etmirlər. Deməli, sizin siyasi-sosial mövzuda olmazlarınız, icazəniz və sərhədləriniz var. Xeyir ola, siz musiqi və əyləncə mövzusunda pornoqrafiyanı səhər, günorta, axşam 3 saat nümayiş edirsiniz. Sizə bu imkanı kim yaradıb ki, siz efirinizi 70-80%-ni müğənnilərdən ibarət edirsiniz? Gəlin, hər şeyi tamaşaçıların üzərinə atmayaq. Özümüzdə də məsuliyyət hissi yaradaq. Niyə ölkədə bu qədər musiqili-əyləncəli veriliş var? Hesab edirəm ki, kanal sayı da bizdə çoxdur. Məncə, kanallarımız profillərə bölünməlidir. Birmənalı şəkildə səbəb budur deməsəm də, 2000-ci illərin birinci yarısında ATV kanalı açıldı, onun musiqi siyasəti, digər kanalları zəhərlədi. Bayağılıq, kobudluq, aparıcıların sərbəstliyi bunu daha çox onlar etdi. Bir qadının evində dolabını açıb alt paltarını nümayiş etmək... ”, - deyə Murad TV-lərlə bağlı fikirlərini bölüşüb. 

Efir siyasətini təndiq edən Murad aparıcı kimi fəaliyyətinin sonlandırmasının da səbəblərindən danışıb:

“Pandemiya dönəmini yaşadıq. Sənin içində potensial var, işləmək istəyirsən. Amma şəraitin yox idi. İctimai TV-də çox gözəl seçim idi. İstənilən şəkildə televiziyanın senzurası var. Bu da “Popumuz var” layihəsindən yan keçmədi. 1 ay veriliş yayımlandı. Buna təcrübə deyək. Sonra onlara dedim ki, olar mən sizin dostunuz kimi qalım, gedirəm. Bu getməyin, digər getməkdən fərqi var idi. Çünki bu dəfə kanal mənim üçün zövq və keyfiyyət baxımından problem yeri deyildi. Bu dəfə tərsmütənasiblik məni vadar etdi. Mənə söyləyirdilər ki, mümkünsə daha çox sənətçilərlə müzakirələr çək. Qulu Məhərrəmli gəldi, bu daha çox sosial oldu. Onlar verilişi belə görmək istəmirdilər”.

Избранный
66
2
olay.az

3Источники