RU

Türkiyə Bosniya və Herseqovinaya yardım göndərdi

Oktyabrın 4-də Bosniya və Herseqovinada 27 nəfərin həyatını itirdiyi sel fəlakətindən 1 ay keçməsinə baxmayaraq, seldən zərər çəkən şəhərlərdə maddi ziyanın aradan qaldırılması və yolların təmizlənməsi işləri davam edir.

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, daşqından ən çox zərəri Bosniya və Herseqovinanın cənub əraziləri görüb.

Bosniya və Herseqovina Silahlı Qüvvələrinin üzvləri daşqından zərər çəkən vətəndaşlara ərzaq və dərman yardımı etməyə davam edir.

Eyni zamanda Bosniya və Herseqovinaya yaşayış materialları da daxil olmaqla,  bölgədə evlərini itirmiş ailələrin müvəqqəti yaşaya biləcəyi konteynerləridaşıyan 31 TIR göndərib. 

Gülşən Şərif

Избранный
34
bakivaxti.az

1Источники