RU

Oreşkin: BRİCS olmasa, qlobal iqtisadi artım olmayacaq

Rusiya Federasiyası Prezident Administrasiyası rəhbərinin müavini Maksim Oreşkin bildirib ki, BRİKS ölkələri olmadan dünya iqtisadiyyatının inkişafı mümkün deyil.

"Gələcəyin iqtisadi artımı Kazanda olan həmin ölkələrin hesabına inkişafdır. Bu ölkələr olmadan qlobal inkişaf ola bilməz".

Turkustan.az xəbər verir ki, Oreşkin bu fikirləri "Gələcəyin yaradılması" beynəlxalq simpoziumu zamanı deyib.

O, növbəti onilliklərdə dünya iqtisadiyyatını hərəkətə gətirəcək ölkələri də sadaladı: bunlar Hindistan, Çin, Rusiya, Afrika və Cənubi Asiya ölkələridir.

Oktyabrın 22-24-də Kazanda BRİkS sammiti keçirilib. Tədbirdə 35 ölkədən nümayəndə heyəti iştirak edirdi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
21
1
turkustan.az

2Источники