RU

İranın casus şəbəkəsi ifşa olundu: Sui-qəsdlər, hərbi obyektlərlə bağlı planlar...

İsrail Təhlükəsizlik Agentliyinin keçmiş baş müşaviri Avner Barnea məqaləsində İsraildə bir çox insanın İranın kəşfiyyat xidmətlərinə işlədiyi üçün həbs edildiyini iddia edib.

Publika.az xəbər verir ki, İsrailin daxili kəşfiyyat xidməti olan "Şin Bet"in direktoru Ronen Bar İran kəşfiyyatına xidmət etdikləri səbəbilə ölkədə 18 vətəndaşın həbsinə order verib. Həbs edilən şəxslərin yüksək qonorar müqabilində İran dövləti adından casusluq etdikləri iddia edilir.

Bu barədə Avner Barnea qlobal kəşfiyyat nəşri “Intelnews” üçün məqalə yazıb.

Barneanın açıqladığı məlumata görə, İsrail Hərbi Hava Qüvvələri zabitləri ilə bağlı gizli məlumatlar İran kəşfiyyat xidmətində adlar vasitəsilə üzə çıxıb. Həbs edilən İsrail vətəndaşlarının, həmçinin hərbi hava bazaları, Dəmir Qübbə obyektləri, enerji və hava qüvvələri obyektlərinin fotolarını çəkdikləri də müəyyən edilib.

Məlum olub ki, onların əllərində İran tərəfindən onlara verilən xüsusi xəritələr olub, bu xəritələrdə ölkə üzrə strateji yaşayış məntəqələri və obyektlər, o cümlədən Livandakı aparıcı hərbi birləşmə olan Qolani Batalyonunun İsraildəki təlim bazası qeyd olunub.

Sızdırılan məlumatlar arasında İran kəşfiyyatının iki zabiti tərəfindən idarə olunduğu iddia edilən İsrail vətəndaşlarının indiyədək təxminən 600 kəşfiyyat missiyası həyata keçirdikləri məlum olub. Şübhəlilərə İran tərəfindən yüz minlərlə şekel (İsrail pul vahidi) ödənilib.

Избранный
129
50
publika.az

10Источники