Rusiyada iki vilayət başçısı birdən istefa verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilr ki, Rostov və Tambov vilayətlərinin başçıları istefa verib.
“Bu gün ölkə rəhbərliyi mənim öhdəmə federal səviyyədə başqa vəzifələr qoyur”, – deyə Tambov vilayətinin başçısı Maksim Yeqorov istefa ərizəsi yazıb.
Onun ardınca Rostov qubernatoru Vasili Qolubev də istefa verdiyini açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az