RU

Təhsil işçiləri üçün təlim keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Elm və Təhsil Nazirliyinə tabe qurumların    əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib.

Təlimdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, müdir müavini Anar Qədiməliyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə müdiri Nigar Qələndərli, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Kamil Kamilli, Baş Prokurorluğun prokurorları Ziya Hacıyev, Fərid Qarakişiyev, Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.

MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova təlimin əhəmiyyətindən danışıb, korrupsiya hallarına qarşı mübarizənin və bu sahədə maarifləndirmənin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb.

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə müdiri N.Qələndərli mərkəzin fəaliyyəti, qurumlararası əməkdaşlıq sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, birgə təlimlərin dövlət qurumları əməkdaşlarının peşəkarlığına mühüm töhfə verəcəyini bildirib.

Baş Prokurorluğun prokurorları Z.Hacıyev və F.Qarakişiyev, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru K.Kamilli “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyəti, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və ardıcıl islahatlar, antikorrupsiyaya dair müxtəlif ölkələrin qabaqcıl təcrübəsi barədə danışıb, korrupsiya hüquqpozmaları, buna şərait yaradan amillər, korrupsiyanın cəmiyyətə təsiri və onunla mübarizənin zəruriliyindən bəhs ediblər.

Daha sonra təlim qarşılıqlı müzakirə əsasında davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Избранный
50
2
veteninfo.az

3Источники