RU

Danimarkada yaşayan azərbaycanlılar icma ilə görüşü təqdir edir (FOTO)

Bakı. Trend:

Dekabrın 3-də Kopenhagen şəhərində Danimarkada yaşayanazərbaycanlılarla Diasporla İş üzrə Dövlət Komitəsinin sədri FuadMuradovun görüşü keçirilib.

Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, icma üzvləri Danimarkada ilk dəfə geniş tərkibdəbelə görüşün təşkilini, müxtəlif istiqamətlərdə fikir mübadiləsininaparılmasını yüksək qiymətləndirib, bundan sonra da diasporsiyasətinə öz töhfələrini verəcəklərini dilə gətirib.

Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədri MehribanƏliyeva: “Danimarkada 320 azərbaycanlı yaşayır, onların 150-si bugörüşdə iştirak edir. Bu bizim üçün qürurdur və birliyimizin,gücümüzün göstəricisidir”.

Danimarka Azərbaycan “Vətən” Cəmiyyətinin mərhum rəhbəri SəfərSadiqinin həyat yoldaşı Tamella Mahmudova: “Danimarkada yaşayansoydaşlarımız yaxşı mövqelərdə çalışırlar. Burada azərbaycanlılaraqarşı hörmət, diqqət var. Bir azərbaycanlı olaraq bununla fərəhhissi keçiririk”.

“Vətən” Cəmiyyətinin üzvü Nigar Səfər Sadiqi: “İcma görüşlərininkeçirilməsinin faydası çox böyükdür. Belə görüşlər bizimbirliyimizə bir təkandır”.

Mühəndis Ziya Fərzəliyev: “Azərbaycanı dünyada tanıtdırmaq,birliyimizi nümayiş etdirmək üçün bundan yaxşı vasitə olmaz.Gələcəkdə də belə görüşlərin davam edəcəyinə ümid edirik”.

“Vətən” Cəmiyyətinin idarə heyətinin üzvü Fərqanə İsmayılova:“Danimarka-Azərbaycan “Vətən” Cəmiyyəti burada yaşayanazərbaycanlılarla tez-tez görüşlər keçirir. Diasporla İş üzrəDövlət Komitəsi ilə ilk görüşümüzdür. Belə görüşlərin davamlıolacağına və Danimarkada Azərbaycan Evinin açılacağınainanırıq”.

Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin sədr müavini AmidHüseynov “Danimarkanın müxtəlif bölgələrindən azərbaycanlılar,ictimai fəallar bu görüşə xüsusi maraq göstəriblər. Azərbaycandilinin öyrənilməsi, mədəniyyətinin qorunub saxlanmasın üçünDanimarkada Azərbaycan Evinin açılmasını istəyirik”.

Təqaüdçü Nəriman Həsənov: “Bugünkü görüş çoxdankı arzumuz idi.Belə görüşlərin tez-tez keçirilməsini arzulayırıq”.

Həkim Dilarə Məmmədova: “Ətrafında səni başa düşən eyni dildədanışan, eyni mədəniyyətə sahib insanların olması çox gözəldir. Bubaxımdan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi bizim üçünçox vacib, çox dəyərlidir. Danimarkada Azərbaycan diasporundandəstək görmək çox qürurverici hissdir. Mən də Azərbaycandiasporunun aktiv iştirakçısıyam”.

Danimarkada
Danimarkada
Danimarkada
Danimarkada
Danimarkada
Danimarkada
Danimarkada
Danimarkada
Danimarkada
Избранный
34
1
az.trend.az

2Источники