Lionel Messi sabiq klubu "Barselona"ya geri dönə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Goal" nəşri yayıb.

Mənbəyə görə, Leo 2026-cı ildə keçiriləcək Dünya çempionatına yaxşı hazırlaşmaq üçün bu addımı atmaq istəyir. Hazırkı klubu "İnter Mayami" ilə müqaviləsinin müddəti 2025-ci ildə yekunlaşacaq ulduz futbolçu, Kataloniya təmsilçisinə azad agent olaraq qoşulmaq istəyir.

Qeyd edək ki, Messi 2004-2021-ci illərdə "Barselona"nın şərəfini qoruyub.