İspaniyanın Kataloniya ərazisində leysan yağışlar nəqliyyatın dayanmasına səbəb olub.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə İspaniyanın nəqliyyat naziri Oscar Puente məlumat verib.
O bildirib ki, Kataloniyanın şimal-şərqində bütün şəhərətrafı qatarların hərəkətinin dayandırılması ilə bağlı göstəriş verilib.
Bundan başqa, Kataloniyanın bəzi ərazilərində də yollar bağlanıb.