RU

Namizədin müsahibəyə gecikməsi hörmətsizlik sayıla bilərmi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Son zamanlarda müsahibə üçün görüş təyin edib gəlməyən və ya gecikən namizədlərin sayında artım müşahidə edirəm. Bu vəziyyət işə qəbul prosesinə dair bir sıra vacib sualların ortaya çıxmasına səbəb olur”.

Banco.az xəbər verir ki, bu fikirləri İnsan resursları mütəxəssisi Farid Əsgərli deyib.  Ekspert bildirib ki, müsahibəyə gəlməmək, namizədin işəgötürənə olan hörmətini sual altında qoyur:

“İşəgötürənlər, namizədlərin vaxtını və resurslarını dəyərləndirmələrini gözləyir. Bu, peşəkar davranışın vacibliyini göstərir.
Müsahibəyə gəlməmək, yalnız namizəd üçün deyil, həm də işəgötürən üçün ciddi bir zaman itkisi deməkdir. Planlaşdırılan müsahibələr, bir çox digər namizədlərin fürsətini itirməsinə səbəb olur”.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
45
banco.az

1Источники