RU

“Sabah” – “Bazel” oyununun azərbaycanlı hakimi

Gənclər Liqasının Çempionlar yolunun 2-ci mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Bazel” – “Sabah” matçının dördüncü hakimi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, noyabrın 6-da keçiriləcək görüşə təyinat alan Azərbaycan hakimi Fərid Hacıyev olacaq.

O, Qazaxıstan təmsilçiləri ilə eyni briqadada yer alacaq. Bu matçın baş hakimi Rustam Omarov, köməkçiləri Aleksey Dolqix və Dmitri Beloqradov təyin edilib.

Qeyd edək ki, “ASCO Arena”dakı matç saat 18.00-da başlayacaq. Komandalar arasında ilk oyunda İsveçrə klubu 6:0 hesabı ilə qalib gəlib.

Избранный
12
2
football-plus.az

3Источники