Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu xəstəxanada müalicə alan həmkarı Xəyyam Əhmədlini ziyarət edib.
Ölkə.az Ajans.az-a istinadən xəbər verir ki, ziyarət zamanı Xəyyamın son halı görənləri təəccübləndirib. O, xeyli arıqlayıb və tanınmaz hala düşüb. Namiq, vəziyyəti ağır olan sənətçi üçün yardım çağırışında bulunaraq, "İnşallah, hər şey yaxşı olar, qardaş" deyə dəstək mesajı paylaşıb və Xəyyam üçün nəzərdə tutulmuş kart hesabını yayımlayıb.
Xatırladaq ki, Xəyyam Əhmədli uzun müddətdir ürək problemlərindən əziyyət çəkir.