RU

Hindistanda qırıcı təyyarə qəzaya uğradı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi Aqra şəhəri yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti "X" hesabında məlumat verib.
Bildirilib ki, təyyarədə sistem nasazlığı ortaya çıxıb və pilot təyyarəni yaşayış məntəqələrindən uzaqlaşdırmaq üçün manevr etməyə başlayıb.
"Pilot yerdə insan ölümünə səbəb olmamaq və ya əmlaka ziyan vurmamaq üçün təyyarə ilə manevr edib, daha sonra təhlükəsiz şəkildə katapult etməyə müvəffəq olub", - deyə məlumatda bildirilib.
Qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Избранный
43
oxu.az

1Источники