RU

Bu bölgədə 7,2 bal gücündə zəlzələ gözlənilir – XƏBƏRDARLIQ EDİLDİ

Egey dənizində baş verən 5,3 bal gücündə zəlzələdən sonra Türkiyəli professor Övgün Ahmet Ercan başqa bir bölgə ilə bağlı xəbərdarlıq edib.

Medianews.az Publika.az-a istinadla xəbər verir ki, AFAD dünən Egey dənizində 5,3 bal gücündə zəlzələ baş verdiyini bildirib. Axşam saatlarında baş verən zəlzələnin dərinliyi 6,45 kilometr olaraq qeydə alınıb.

Zəlzələ üzrə alim Ahmet Ercan zəlzələdən sonra sosial media hesabında məlumat paylaşıb. O, Şimali Anadoluya işarə edərək, bu hissədə 7,2 bal gücündə zəlzələnin gözlənildiyini açıqlayıb.

“Şimal-Qərbi Egeydəki Haldiiki yarımadasının cənub qolunda 5.3 bal gücündə zəlzələ Şimali Anadolu kənarında baş verib. Bu hissədə gözlənilən zəlzələ 7.2 baldır. Lakin nə vaxt olacağını bilmirik”, – deyə alim qeyd edib.

Избранный
36
2
medianews.az

10Источники