RU

"Qarabağ" Norveçdən qələbə ilə qayıdacaq” - Mircavadov yalnız bir problem görür

“Qarabağ” üçün Avropa Liqasındakı 4-cü oyun taleyüklü olacaq. İlk üç oyunda uduzan ağdamlıların geriyə yolu yoxdu.

"Bude/Qlimt"lə qarşıdakı səfər oyunu “olum, ya ölüm” xarakteri daşıyır. Noyabrın 7-də keçiriləcək qarşılaşmaı üçün Ağdam təmsilçisi 3690 kilometr yol qət etməlidi. “Qara zolaq”dan çıxa bilməyən komandamıza bu amil əngəl yarada bilər.
Xatırlayırsızsa, ilk turda “Tottenhem”lə oyuna bir saat qalmış təmsilçimiz İngiltərədə tıxacda qaldığına görə stadiona gecikmiş, oyunöncəsi məşqə çıxa bilməmişdi. Yəni belə texniki məsələlər Qurban Qurbanovun yetirmələrinə başağrısı ola bilər.

Bəs “Qarabağ” Norveç səfərində hansısa problem yaşaya bilərmi? Yaxud problemlə üzləşməmək üçün nələr etməlidi?

Təcrübəli mütəxəssislərdən Ağasəlim Mircavadov qəzetimizə bu haqda danışdı:

“UEFA-nın bununla bağlı qaydaları var. Bütün komandalar oyuna iki gün qalmış oyunun keçiriləcəyi şəhərə çatırlar. Yəni harda oynayırlarsa, iki gün əvvəl orda olurlar. Şam edib, səhər oyunöncəsi məşqə çıxırlar və növbəti gün oyun olur. Oyunçular vaxt hesabı ilə özlərinə gələ bilirlər. Yol uzaq olsa da, təyyarə ilə gedirlər. 4-5 saat uçacaqlar. Amma rəqiblər də bura gələndə belə olur. Norveçdə hava soyuqdu. Əsas məsələ odu ki, orda meydança sünidi, təbii ot deyil. Bu məqam problem yarada bilər. Amma süni də olsa, meydança keyfiyyətlidi. Deyim ki, rəqib çox qısa ötürmələrlə oynayır. Özü də yerlə oynayırlar, onların oyunu budu. Bilirəm ki, "Qarabağ"ın rəqiblə bağlı geniş informasiyası var, özləri nə etməli olacaqlarını bilirlər. Yəni "köhlən atlar" bu komanda ilə oynaya bilər. Bu rəqiblə yaxşı oynamaq mümkündü. Hər şey "Qarabağ"dan aslı olacaq. Oyunçuların motivasiyasi önəmlidi. Təkcə süni ot örtüyü problem yarada bilər. Yaxşı ki, "Qarabağ" dünən “Turan Tovuz"la oynadı. Orda da süni ot örtüyüdü. Bu da öyrəşmək baxımından yaxşı ola bilər. “Qarabağ” qol vəziyyətlərindən az yararlanır. Bu, əsas problemlərdən biridi. Özü də komanda çox adi toplar buraxır, müdafiədə çox səhvlər edir. Düşünürəm ki, "Qarabağ" Norveçdən qələbə ilə qayıdacaq”.

RÖYANƏ OĞUZ
Избранный
15
football-plus.az

1Источники