RU

PL/TMM və Komplayens departamentinin kiçik mütəxəssis/mütəxəssisi - VAKANSİYA

"Bank Respublika" ASC, PL/TMM və Komplayens departamentinin kiçik mütəxəssis/mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Vəzifə öhdəlikləri:

  • Müştəri profilinin yaradılması zamanı Öz Müştərini Tanı (KYC) prosedurlarının düzgün tətbiq olunmasına nəzarət edilməsi;
  • PL/TMM proqram təminatında müştəri profilinin sanksiya siyahıları ilə uyğunluq dərəcəsinin araşdırılması, eyniləşdirmə/verifikasiya tədbirlərinin tətbiq edilməsi;
  • Maliyyə Monitorinq Xidmətinə gündəlik əsasda hesabatların hazırlanması;
  • PL/TMM və Komplayens departamentinin fəaliyyəti ilə əlaqəli filiallara və bankdaxili digər strukturlara sorğuların göndərilməsi;
  • Filial, şöbə və bankın digər struktur bölmələrindən PL/TMM və Komplayens departamentinə daxil olan sorğuların araşdırılması və cavablandırılması.

Tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat üzrə təhsil);
  • Bank sahəsində ən azı 1-2 illik iş təcrübəsi (əməliyyat sahəsi üçün ən azı 6 aylıq iş təcrübəsi arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili - əla, Rus və İngilis dilləri - orta səviyyədə;
  • Kompüter bilikləri: Microsoft Office Word, Excel - orta səviyyədə; (Microsoft Power BI arzuolunandır);
  • Öyrənmə bacarığı;
  • Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik. 

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz. 

Zemfira Ms
Fins.az

Избранный
22
50
fins.az

10Источники