RU

"BioNTech"in satışları gözləniləndən yüksək oldu - 3 ayda 1.2 milyardlıq satış

Alman biotexnologiya şirkəti "BioNTech", COVID-19 variantına uyğunlaşdırılmış peyvəndlərinin ilin üçüncü rübündə güclü satışı nəticəsində gözləniləndən daha yüksək gəlir əldə etdiyini açıqlayıb.

Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, "BioNTech"in iyul-sentyabr dövrünə dair maliyyə nəticələrinə görə, şirkətin satışları gözləntiləri üç dəfə aşaraq 1 milyard 244 milyon avroya çatıb.

Ötən ilin üçüncü rübündə şirkətin mənfəəti 160,6 milyon avro olduğu halda, bu ilin eyni dövründə 23% artaraq 198,1 milyon avroya yüksəlib. Ötən ilin üçüncü rübündə isə satışlar 895,3 milyon avro həcmində qeydə alınmışdı.

COVID-19 pandemiyası zamanı önə çıxan şirkət, bu ilki gəlirlərinin tənzimləyici inkişaflardan asılı olaraq 2,5-3,1 milyard avro arasındakı illik gəlir aralığının aşağı həddində olmasını gözləyir.

"BioNTech", COVID-19 variantına uyğunlaşdırılmış peyvəndlərini Avropa Birliyi, Böyük Britaniya və ABŞ-dakı rəsmi təsdiqlər səbəbindən ötən illə müqayisədə daha erkən bazara çıxarıb ki, bu da üçüncü rübdəki satışlara təsir edib.

Təxminən 1,56 milyard avroluq satışına baxmayaraq, şirkətin ilin yanvar-sentyabr aylarında təxminən 925 milyon avro zərər hesabatı da diqqət cəlb edib.

"BioNTech"in baş icraçı direktoru (CEO) və qurucu ortağı Prof.Dr.Uğur Şahin bildirib ki, “BioNTech-in bu dövrdəki uğurları, COVID-19 variantına uyğunlaşdırılmış peyvəndlərinin uğurla bazara çıxarılması və onkologiya sahəsində əldə olunan irəliləyişlərdir”.

Şahin, xərçəng dərmanlarının inkişaf etdirilməsində də irəliləyiş əldə olunduğunu vurğulayaraq, “Son mərhələdə onkologiya məhsullarımızı uğurlu qeydiyyata doğru irəlilətməyə fokuslanmağa davam edirik” deyə qeyd edib.

COVID-19 pandemiyasından sonra xərçəng dərmanı istehsalının inkişafını əsas prioritet halına gətirən şirkət, ilk xərçəng dərmanını 2026-cı ildə bazara çıxarmağı planlaşdırır.

Rəhim

Избранный
25
valyuta.az

1Источники