RU

"Bitcoin"in yaradıcısı olduğu iddia edilən Satoşi Nakamotonun müzakirə yaradan kimliyi - SƏHƏR OXUSU​

"Bitcoin"in həqiqi yaradıcısının kim olduğunu öyrənə biləcəyikmi?

Hazırda dünyanın ən böyük investisiya şirkətləri tərəfindən alınıb-satılan, hətta El Salvadorun rəsmi pul vahidi olaraq qəbul olunan "Bitcoin" iki trilyon dollarlıq kripto sənayesinin təməlini təşkil edir. 

"Bitcoin" və  onun necə, kim və ya kimlər tərəfindən yaradılması bilinməsə də, ancaq qurucusunun sirli Satoşi Nakamoto olduğu fərziyyə edilir. Buna baxmayaraq həmin şəxsin həqiqi kimliyi bilinmir.

Bir çox insan onun kim olduğunu öyrənməyə çalışsa da, lakin indiyədək bu cəhdlərin hamısı demək olar ki, uğursuzluqla nəticələnib. 

Lakin  keçən həftə "Bitcoin"-in sirli yaradıcısının nəhayət bir mətbuat konfransında özünü tanıdacağı yönündəki yayılan məlumat kripto dünyasında diqqət çəkdi.

Oktyabr ayında bir HBO sənədli filmində kanadalı "Bitcoin" mütəxəssisi Peter Toddun bu kriptovalyutanın yaradıcı olduğunu iddia etdi. Lakin Todd bu iddianı rədd edərək, özünün "Bitcoin"in yaradıcısı olduğu iddialarını rədd etdi. Buna baxmayaraq kripto dünyasıda bu iddialara əhəmiyyət vermədi.

Peter Todd yaxınlarda aldığı arzuolunmaz diqqətə görə təhlükəsizliyi ilə bağlı narahat olduğunu da qeyd edib.

Todd potensial Satoşilərin ən sonuncusu idi, lakin keçən cümə axşamı bu siyahıya yenisi əlavə edildi.

Satoşi Nakamotonun kim olduğuna dair böyük maraq var, çünki o, kripto sənayesinin yaradılışına  qismən kömək edən inqilabi bir proqramçı olaraq qəbul edilir.

Əgər həmin şəxsin həqiqi kimliyi bilinsə idi, onun səsi, fikirləri və dünya görüşü bu qədər sadiq bir pərəstişkar kütləsinə sahib bir sənaye üzərində son dərəcə təsirli olardı.

İnsanların bu pərəstişi həmçinin 1 milyondan çox "Bitcoin" sahibi olaraq Satoşinin multi-milyarder olacağı faktından da qaynaqlanır. Xüsusilə də kripto pullarının qiymətinin hazırda bütün zamanların ən yüksək səviyyəsinə yaxın olduğunu nəzərə alsaq, bu marağın olması anlaşılandır. 

Qeyd edək ki, özünü Satoşi Nakamoto olaraq təqdim edənlərin siyahısı çox uzundur. 2014-cü ildə "Newsweek" jurnalında çıxan bir məqalədə, onun Kaliforniyada yaşayan yapon əsilli amerikalı bir adam olan Dorian Nakamoto olduğu deyilmişdi. Ancaq o bunu rədd etdi və iddia əsassız olaraq qaldı.

Bir il sonra, avstraliyalı Craig Wright jurnalistlər tərəfindən Satoşi kimi ifşa edildi. O, əvvəlcə bunu inkar etdi, sonra bunun doğru olduğunu söylədi. Lakin sonrakı illərdə heç bir sübut təqdim edə bilmədi.

Ötən yayda isə Londondakı Ali Məhkəmə onun hekayəsinin saxta olduğuna qərar verdi.

Texnologiya milyarderi və kripto həvəskarı Elon Musk da, "SpaceX" şirkətindəki keçmiş bir işçisi bunu iddia etdikdən sonra, kripto pulu arxasında özünün olduğunu rədd etdi.

Bəs həqiqətlər nədir, kimdir əsl Satoşi?

Kripto bazarının hazırkı dəyəri, "Google"dan daha üstün olduğunu göstərir. Onu kimin qurduğunu və şirkətin mühüm bir hissəsinə kimin sahib olduğunu bilmədən həyatımızda bu qədər böyük bir rol oynaması ağılasığmaz görünür.

Bəlkə də həqiqi Satoşinin səssiz qalması üçün yaxşı bir səbəb var. "Bitcoin" yığını təxminən 69 milyard dollar dəyərində olacaq şəxs tapılarsa, həyatı şübhəsiz ki, ciddi şəkildə araşdırılacaq.

Kripto dünyasındakı bir çox insan da bu sirrin açılmamış qalmasını istəyir.

Yaxınlarda "X"də paylaşım edən kriptovalyutanın əsas inkişaf etdiricilərdən və Satoşi olduğundan şübhələnilən Adam Back deyib ki, kimsə Satoşinin kim olduğunu bilmir və bu yaxşı bir şeydir.
"Bitcoin" podcast-i edən Natalie Brunel də, Satoşinin anonim qalmasının yalnız qəsdən deyil, eyni zamanda zəruri olduğunu düşünür.

O deyir ki, Satoşi həqiqi kimliyini gizlədərək "Bitcoin"-in şəxsi gündəmdən təsirlənə biləcək bir liderə və ya mərkəzi bir fiqura sahib olmamasını təmin etdi. Bu isə  insanların "Bitcoin"-ə bir fərd və ya şirkətə etibar etmək əvəzinə bir sistem kimi etibar etmələrini təmin edir.

"Bitcoin"-in tarixi haqqında dərslər verən Sussex Universitetində maliyyə professoru Carol Alexander-a görə, Satoşi Nakamotonun kim olduğu sualı insanların kripto pulların iqtisadiyyatın işləmə tərzini necə alt-üst edə biləcəyi kimi daha ciddi bir sualı araşdırmasını əngəlləyir.

Davud

Избранный
38
valyuta.az

1Источники