RU

“Qalib gəlsəm, ingilislər “yeni Ferqyuson gəlir” deyəcək”

“Sportinq”in baş məşqçisi Ruben Amorim bu gün “Mançester Siti”yə qarşı keçirəcəkləri Çempionlar Liqası oyunu haqda fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, bir neçə gün öncə “Mançester Yunayted”lə razılaşan mütəxəssis hədəflərinin “şəhərlilər”ə qalib gəlmək olduğunu deyib:

“Mançester Siti”yə məğlub olarsaq, məndən gözləntilər azalacaq. Lakin onlara qalib gəlsəm, ingilislər “yeni Ferqyuson gəlir” deyəcək”.

Amorim “Mançester Yunayted”in yeni baş məşqçisi olacaq. O, noyabrın 11-dən “qırmızı şeytanlar”da işə başlayacaq.

 

Избранный
23
futbolpress.az

1Источники