RU

U-19 seçmə mərhələyə bu heyətlə gedir

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası noyabrın 6-dan 9-dək Bakıda təlim-məşq toplanışı keçəcək.

U-19 noyabrın 10-dan 20-dək Moldovanın paytaxtı Kişinyovda Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. 7-ci qrupda yer alan millimiz İslandiya, İrlandiya və Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Komandaya dəvət edilən futbolçuların adları, oyunların təqvimi və hakim təyinatları ilə sizi tanış edirik:

U-19-un heyəti: Sadiq Məmmədzadə, Nihad Əliyev, Emil Bünyadzadə, Əşrəf Ələkbərli, Hikmət Cəbrayılzadə (hamısı “Qarabağ”), Səlim Həşimov (“Zirə”), Hüseyn Hüseynov (“Turan Tovuz”), Kənan Feyziyev, Nadir Orucov, Sənan Muradlı, Nihad Əhmədzadə, Nihad Orucəli (hamısı “Sumqayıt”), Məhəmməd Məmmədli, Murad Məmmədov (hər ikisi “Neftçi”), Surxay Nəbiyev, Elgün Dünyamalıyev, Şahin İbrahimov, İlkin Cəfərli (hamısı “Sabah”), Qədir Ramazanov (“Qəbələ”), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə).

13 noyabr

14:00. Azərbaycan – İslandiya

Baş hakim: Devid Dikkinson (Şotlandiya)

Baş hakimin köməkçiləri: Kreyq Ferquson (Şotlandiya), Gennadi Lisita (Moldova)

Dördüncü hakim: İqor Bosça (Moldova)

Kişinyov, “Zimbru-2” stadionu

16 noyabr

14:00. İrlandiya – Azərbaycan

Baş hakim: Miloş Milanoviç (Serbiya)

Baş hakimin köməkçiləri: Novak Novakoviç (Serbiya), Gennadi Lisita (Moldova)

Dördüncü hakim: İqor Bosça (Moldova)

Kişinyov, “Zimbru-2” stadionu

19 noyabr

15:00. Moldova – Azərbaycan

Baş hakim: Devid Dikkinson (Şotlandiya)

Baş hakimin köməkçiləri: Kreyq Ferquson (Şotlandiya), Lukaş Matuşek (Çexiya)

Dördüncü hakim: Yan Petrik (Çexiya)

Kişinyov, “Zimbru” stadionu

Избранный
54
2
futbolinfo.az

6Источники