RU

Yayılan virusun əsas əlamətləri nələrdir?

Mövsüm dəyişikliyi ilə əlaqədar ölkədə qrip virusu yayılmağa başlayıb.

Hava-damcı yolu ilə keçən virusun əsas hədəf kütləsi isə yaşlılar, hamilələr və immun sistemi zəif olanlardır. Qripin əlamətləri qızdırma, öskürək, sümük ağrısı olsa da, bəzən ürəkbulanma və ishal halları da müşahidə olunur. Xəstəlik hər kəsdə özünü fərqli simptomlarla büruzə verir.

Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssisi Təyyar Eyvazovun sözlərinə görə, xəstəliyə vaxtında müdaxilə edilmədikdə virus kəskin fəsadlar verə bilər. Mövsümi qriplə yanaşı, hazırda rotavirus və rinoviruslar da baş qaldırıb:

"Daha çox fəsadlarla müşahidə olunanı qrip infeksiyasıdır. Bu da pnevmoniya, qulaq iltihabı, mərkəzi sinir sisteminin zədələnməsi, meningit yarada bilər".

Hamilə qadınlar isə xəstəliyi daha ağır keçirirlər.

Ginekoloq Cahan İslamova bildirib ki, hamilə qadınların xəstəxanaya gedərkən, çoxlu insan qrupları içərisinə daxil olarkən tibbi maskalardan istifadə etmələri şərtdir:

"Təmiz havada çox vaxt keçirmələri vacibdir. Qida rasionuna yüksəkvitaminli qidalar daxil edilməlidir. Mövsümə uyğun meyvə-tərəvəz istifadə edilməlidir. Virus infeksiyaları erkən doğuma, ciftdə qan dövranının pozulmasına səbəb ola bilər".

Ətraflı Baku TV-nin süjetində:

Избранный
66
5
bakivaxti.az

10Источники