RU

"Azəri-Çıraq-Günəşli"də hasilat 1 milyon ton azalıb

Bu ilin üç rübü ərzində Azərbaycanın ən böyük neft-qaz yatağı olan "Azəri-Çıraq-Günəşli"dən ümumi hasilat gündə orta hesabla 339 000 barel və ya ümumilikdə təxminən 93 milyon barel, yəni 13 milyon ton olub.

Musavat.com-un layihənin operatoru olan BP-Azərbaycan şirkətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə gündəlik hasilatın 29 min barel, ümumi hasilatın isə 7 milyon barel və ya 1 milyon ton azalması deməkdir.

Xatırladaq ki, ötən ilin 9 ayında yataqda hasilat gündə orta hesabla 368 000 barel və ya ümumilikdə təxminən 100 milyon barel, yəni 14 milyon ton olub.

Bu ilin 3 rübü ərzində AÇG üzrə təqribən 402 milyon dollar əməliyyat, 968 milyon dollar əsaslı xərclər qeydə alınıb.

Aprel ayından AÇG yatağında quraşdırılmış yeddinci platforma olan yeni ACE platformasından ilk neft əldə olunub. Bu neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. Platformada hazırda iki quyudan gündə təxminən 19 000 barel neft hasil olunur. Bu ilin sonuna kimi daha bir hasilat quyusunun istismara verilməsi planlaşdırılır ki, bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir.

Musavat.com

Избранный
19
musavat.com

1Источники