RU

Komunnal borcunu görən qadın infarkt keçirib öldü - FOTO

İtaliyanın Sanremo şəhərində yaşayan yaşlı qadın evinə gələn su borcunu gördükdən sonra infarkt keçirib.

"Unikal" xəbər verir ki, İtaliyada su şirkətinin səhvən yaşlı qadının evinə kommunal borc olaraq 14850 azn göndərməsi nəticəsində şok olan yaşlı qadın infarkt keçirərək xəstəxanaya yerləşdirilib.

O, 40 günlük reanimasiyadan sonra dünyasını dəyişib.

Hadisədən sonra aparılan araşdırma nəticəsində, yaşlı qadının əsl borcunun 100 azn ətrafında olduğu ortaya çıxıb.

Su şirkəti hadisədə günahının olduğunu etiraf edərək, qadının ailəsinin yanında olacaqlarını və dəymiş ziyanı ödəyəcəklərini bildirib.

Zərifə Nağıyeva 


 

Избранный
35
2
unikal.az

3Источники