RU

Çovdarov balıq vətəgəsini Mehdiyevə hədiyyə edibmiş

Sabiq MTN zabiti, generallığı əlindən alınan Akif Çovdarovla Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyev arasında biznes əlaqələri və bəzi işlərə göz yumulması üçün anlaşmaların olduğuna dair iddalar var. Tribunainfo.az-ın elektron poçtuna məktun ünvanlayan Arif Qasımov bu barədə maraqlı detallara toxunub.
Həmin məktubda deyilir ki, Akif Çovdarov hələ vəzifədə olarkən Abşeron rayonunun Masazır kəndində – parniklərinin yaxınlığında yerləşən nəhəng balıq vətəgəsini Ramiz Mehdiyevə hədiyyə edib.
O qeyd edib ki, Sovet dönəmindən qalan, yalnız Azərbaycan deyil, bütün Cənubi Qafqazda öz unikallığı ilə seçilən bu balıq zavod hər zamanc ölkəmizin iqtisadiyyatındakı xüsusi çəkisi ilə diqqət çəkib. “Yeyinti sənayemizin bu mühüm zavodunun iri ranqlı məmurlar arasında bölüşdürülməsi durumun ağırlığından xəbər verir”.
Arif Qasımov onu da qeyd edib ki, hazırda həmin balıq vətəgəsi Ramiz Mehdiyevin mülkiyyətindədir. O mediadan xahiş edib ki, rəsmi qurumlar qarşısında qanunsuzluqla ələ keçirilmiş həmin balıq zavodunun Mehdiyevdən geri alınması və əhalinin ixtiyarına verilməsi ilə bağlı məsələ qaldırsınlar.
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Избранный
35
1
tribunainfo.az

2Источники