RU

Polad Aslanov məcburi qaydada Penitensiar Xidmətin hospitalına köçürülüb

Dini xeberman.com saytının təsisçisi, noyabrın 4-də koloniyada aclıq elan edən Polad Aslanov həmin gün axşam məcburi qaydada Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb. Bu barədə Turan-a onun xanımı Gülmirə Aslanova bildirib.

Aslanov aclıq elan etdikdən sonra onun xanımını koloniyaya dəvət ediblər, aclığın mənasız olduğunu deyiblər, çünki hökmdən şikayət imkanları tükənib və əfv gözlənilmir. Odur ki, aclıq onsuz da 49 kiloqram çəkisi olan Aslanovun sağlamlığına zərər verəcək.

"Polad ilə danışmağa imkan verdilər, amma o dedi ki, aclığı davam etdirəcək, çünki ədalətsiz hökmə etiraz etmək üçün başqa yol yoxdur", - Aslanova deyib. O getdikdən sonra Aslanovu Penitensiar Xidmətin müalicə müəssisəsinə etap ediblər.

"Poladın böyrəklərdə, dişlərində ciddi problemlər, sinir sistemində pozuntu, yuxusuzluq səbəbindən xəstəxanaya yerləşdirilməsini dəfələrlə xahiş etdik, amm aimtina etdilər.  İndi birdən-birə özləri onu xəstəxanaya yerləşdirməyə qərar verdilər", - Aslanova bildirib.

*xeberman.com saytının rəhbəri Polad Aslanov 12 iyun 2019-cu ildə İrana casusluq etmək ittihamı (Cinayət Məcəlləsinin 274-cü maddəsi - dövlətə xəyanət) ilə həbs edilib. 16 il həbs cəzasına məhkum edilib.

Aslanov bütün ittihamları rədd edərək bildirib ki,  xüsusi xidmət orqanları əməkdaşları arasında korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunur.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar. Beynəlxalq təşkilatlar Aslanovun həbsini pisləyiblər və onu azad etməyə çağırıblar. Sonradan Ali Məhkəmə Polad Aslanovun həbs cəzasını 13 ilə endirib.

Избранный
16
turan.az

1Источники