RU

Erməni yalanı İrəvanın gündəliyindən çıxarıldı

Söhbət prioritetlərdən gedir, amma digər yandan biz bir sıra addımlar atırıq, məsələn, soyqırımının qarşısının alınması baxımından.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan xarici işlər naziri Ararat Mirzoyanın “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması məsələsinin İrəvanın prioritetləri sırasında olmadığı barədə bəyanatını şərh edərkən deyib.

“Dekabrda Ermənistan kifayət qədər iddialı proqramı olan qlobal foruma ev sahibliyi edəcək. Bizim üçün soyqırımının qarşısının alınması məsələsi mühüm məsələlərdən biri olaraq qalır. Burada söhbət prioritetlərdən gedir”, - diplomat bildirib.

Mirzoyanın oktyabrın 31-də verdiyi açıqlama belədir: “Bu, bizim bir nömrəli prioritetimiz deyil. Tarixin faciəvi səhifələrini, erməni soyqırımını (qondarma – red.) öyrənmək və ya bunu bir nömrəli prioritet etmək, əlbəttə, XİN-in gündəliyində yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
21
teleqraf.com

1Источники