RU

“Zəngəzur dəhlizi Yeni İpək Yolunun mühüm hissəsi” adlı beynəlxalq konfrans keçirilir - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Zəngəzur dəhlizi - Yeni İpək yolunun mühüm hissəsi” mövzusunda beynəlxalq konfrans keçirilir.

QHT.az xəbər verir ki, konfransda açılış mərasimində “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıblar. Açılışdan sonra konfransın ilk paneli “Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti” mövzusuna həsr olunub. Panelin müzakirələrində Farhad Məmmədov, siyasi şərhçi, Zəngəzur dəhlizinin geosiyasi aspektlərini təqdim edib. O, bu dəhlizin regionun siyasi dinamikasında oynadığı rol və strateji əhəmiyyətini vurğulayıb.

Panel müzakirələrində iştirakçılar arasında sual-cavab sessiyası keçirir. İştirakçılar Zəngəzur dəhlizinin geosiyasi əhəmiyyəti, təhlükəsizlik təminatları və iqtisadi perspektivləri barədə müzakirələr aparırlar.

 

 

 

Избранный
46
qht.az

1Источники