RU

Qətərdə referendum keçirilir

Qətərdə konstitusiyaya dəyişikliklə bağlı referendum üçün səsvermə başlayıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, konstitusiya dəyişikliyi üçün səsvermə yerli vaxtla saat 07:00-da başlayıb.

Konstitusiya dəyişikliyi referendumunun nəticələrinin seçki məntəqələri saat 19.00-da bağlandıqdan sonra 24 saat ərzində açıqlanacağı gözlənilir.

Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ölkədə daimi konstitusiya dəyişikliyi üçün keçiriləcək referendumda 18 yaşdan yuxarı bütün vətəndaşları iştiraka dəvət edib.

Qeyd edək ki, ölkədə konstitusiya dəyişikliyi üçün hazırlanan qanun layihəsi oktyabrın 28-də Ölkə Şurasında qəbul edildikdən sonra Əmir Şeyx Təmimə təqdim edilib.

Qətər əmiri X hesabında verdiyii açıqlamada konstitusiyada ediləcək dəyişikliklərin iki məqsəd daşıyacağına diqqət çəkmişdi:

"Bir tərəfdən xalqın birliyini təmin etmək, digər tərəfdən isə vətəndaşların hüquq və vəzifələrdə bərabərliyini təmin etmək islahatların vəzifəsidir. Qanun qarşısında bərabərlik hüquqi, əxlaqi və konstitusiya vəzifəsidir".

Əli Hüseynov

Избранный
26
bakivaxti.az

1Источники