Ermənistanın birinci prezident Levon Ter-Petrosyan son iki gündə dalbadal tibb mərkəzinə getməyə məcbur olub.
Bu barədə “Hraparak” qəzetinin məlumatında bildirilib.
Məlumata görə, Levon Ter-Petrosyan dünən və bu gün İrəvandakı “Best Life” klinikasında müayinə olunub. Onun sağlamlığında problemlər olduğu bildirilir.
Onu da qeyd edək ki, Levon Ter-Petrosyan ürəyindən əməliyyat olunub. Ter-Petrosyanın 79 yaşı var(Modern).