RU

Rəvan Həsənov: Dinlərarası dialoq ekoloji böhranların həlli baxımından çox əhəmiyyətlidir

Dünya əhalisinin 80 faizinin dini inancı var, ona görə də dinlərarası dialoq platforması ciddi əhəmiyyət kəsb edir.

"Report" xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində təşkil olunmuş "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclasda deyib.

O qeyd edib ki, inanclar fərqli olsa da, planeti qorumaq və bəşəriyyəti inkişaf etdirmək öhdəliyi sərhədləri aşır:

"Bəziləri iddia edə bilər ki, ətraf mühitin mühafizəsi mahiyyət etibarilə, inanc məsələsi deyil. Lakin mən hesab edirəm ki, ekoloji böhranlar milli, iqtisadi və mədəni xətləri keçdiyi, bütün cəmiyyətlərə təsir etdiyi, həmçinin planetimiz bütün bəşəriyyət üçün ortaq miras olduğu üçün dinlərarası dialoq çox əhəmiyyətlidir".

R.Həsənovun fikrincə, sammit iştirakçıları birgə layihələr həyata keçirə, yoxsulluğun azaldılması, münaqişələrin qarşısının alınması və sağlamlığın təşviqi ilə məşğul ola bilərlər:

"Ətraf mühitə dəyən ziyanın tez-tez sosial bərabərsizlikləri gücləndirdiyi, qeyri-mütənasib şəkildə ən həssas qruplara təsir göstərdiyi geniş şəkildə qəbul edilir. Biz birgə işləməklə, ərzaq təhlükəsizliyi, təhlükəsiz içməli suya çıxış və yoxsulluğun azaldılması kimi mühüm sahələrdə irəliləyişlər əldə edə bilərik".

Избранный
19
1
far.az

2Источники