RU

“Bunun üçün Ukraynaya Rusiyadan üç dəfə çox canlı qüvvə lazımdır” – “Kiyev bütün ərazisini azad etmək fikrindən əl çəkməlidir”

“Krımı və ya Donbası işğaldan azad etmək üçün Ukraynaya Rusiyadan təxminən üç dəfə çox döyüşə hazır qüvvələr lazımdır”.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin məşhur “Foreign Affairs” jurnalının köşə yazarı Riçard Hassın qələmə aldığı məqalədə bildirilir.

Müəllifin fikrincə, Ukrayna və müttəfiqləri işğal olunmuş ərazilərin tam azad edilməsinin və 1991-ci il sərhədlərinə qayıtmağın mümkünsüz olduğunu qəbul etməlidirlər.

“Vaşinqton müharibənin qəddar reallığını qəbul etməli və daha ağlabatan nəticə ilə güzəştə getməlidir. Düşünürəm ki, ABŞ daha çox Kiyevin suverenliyinin və müstəqilliyinin qorunub saxlanması, onun istədiyi ittifaq və ittifaqlara girmək azadlığı kimi məsələlər üzərində iş aparmalıdır. Kiyev də bütün ərazisini azad etmək fikrindən əl çəkməlidir. Birləşmiş Ştatlar və müttəfiqləri Kiyevi Kremllə danışıqlara məcbur etmək yönümlü addımlar atmalıdırlar. Əlbəttə, bunu necə edəcəklərinə dair aydın təsəvvürləri də olmalıdır”, -deyə Hass qeyd edib.

Məqalədə qeyd olunur ki, bu, hərbi əməliyyatları dayandırmaq,  Ukraynanı müstəqil ölkə kimi qorumaq və həm Ukrayna, həm də bütün dünya üçün ağır nəticələrdən qaçmaq imkanı verən yeganə yoldur.

Избранный
6
azpolitika.info

1Источники