RU

İmişlidə iki küçəyə 485 min manat xərclənəcək - Sifariş qalmaqallı iş adamının qardaşına verilib

İmişlidəImişli Rayon İcra Hakimiyyəti başçısının İmişli şəhəri üzrə icra nümayəndəliyi Aşıq Ələsgər və Həzi Aslanov küçələrində abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Baku Building" MMC seçilib. Abadlıq işlərinə 485 619,44 manat xərclənəcək. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Baku Building" MMC 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri rayonu Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ev 37B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Samir Rafiq oğludur. Samir Hüseynovdan əvvəl şirkəti Göyüşov Mahal İman oğlu təmsil edib. Mahal Göyüşov isə Mirzəyev Əli Məmməd oğlunu əvəz edib. Mediada gedən məlumatlara görə, şirkətin sahibi də Əli Mirzəyevdir. O, tender kralı kimi tanınan iş adamı Ramazan Mirəzyevin qardaşıdır. Bir neçə il əvvəl "Qlobal Aqro" MMC-dəki maliyyə maxinasiyaları ilə bağlı yayılan məlumatlarda Ramazan Mirəzyevin də adı keçirdi. İddia olunurdu ki, "Qlobal Aqro" MMC-yə məxsus olan və 2000 hektar ərazidə yaradılan aqroparka ayrılan dövlət vəsaitləri əslində həmin vaxt Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyən Ceyhun Cəfərovla birgə mənimsəyib. Mənimsənilən pullar isə "Rabitə işi" çəçivəsində həbs edilən və sonradan azadlığa çıxan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun dövlətə vurduğu zərərin bir hissəsini ödənilməsinə yönləndirilib.

Избранный
94
16
yenisoz.az

10Источники