RU

“Qarabağ”ın oyunu portuqaliyalı hakimlərə tapşırıldı

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda Norveçin “Bodo Qlimt” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.

Futbolinfo.az xəbər verir ki, UEFA noyabrın 7-də Bodo şəhərində təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib.

Görüşü Luis Qodinyo idarə edəcək. Ona Rui Teyxeyra və Pedro Almeyda köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Andre Narkiso yerinə yetirəcək. VAR hakimləri Uqo Migel və Fabio Oliveyra Melo olacaq. Hakimlərin işinə xorvatiyalı hakim-inspektor Ante Vuçemiloviç qiymət verəcək. Qarşılaşmanın UEFA nümayəndəsi isə Tammo Beishuizen (Niderland) olacaq.

Qeyd edək ki, noyabrın 7-də “Aspmira” stadionunda keçiriləcək “Bodo Qlimt” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Избранный
4
futbolinfo.az

1Источники