RU

Haaland "Siti" azarkeşlərini qorxutdu: Yerə yıxıldı və...

Hücumçu Erlinq Haaland Çempionlar Liqasının "Sportinq"lə oyun öncəsi məşq zamanı "Mançester Siti" azarkeşlərini qorxudub.

Publika.az xəbər verirk i, Pep Qvardiolanın komandası Portuqaliyaya uçmazdan əvvəl bazada məşq edib. Hazırlıq zamanı Haaland qazona yıxılıb və sağ ayağından yapışaraq ağrıdan qıvrılmağa başlayıb.

Bu mövsüm "Siti"nin heyətində bütün yarışlarda 14 oyunda 14 qol vuran forvard tezliklə ayağa qalxsa da, bir müddət məşqə davam edə bilməyib. Ancaq sonra onun zədələnmədiyi məlum olub.

Qeyd edək ki, "Sportinq" - "Mançester Siti" matçı bu gün keçiriləcək.

Heybət

Избранный
35
publika.az

1Источники