RU

"MGH İnşaat" MMC məhkəməyə verilib

"MGH İnşaat" MMC siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xəta üzrə məhkəməyə verilib.

Fins.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manat, vəzifəli şəxslər 3000-5000 manat, hüquqi şəxslər isə 20000-25000 manat cərimə edilə bilər.

İş Bakı Şəhər Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun icraatındadır.

Fuad Mədətov
Fins.az

Избранный
73
7
fins.az

10Источники