RU

Kafedə müştərilər arasında dava — TƏFƏRRÜAT

Samux rayonunda 2008-ci il təvəllüdlü Mustafa şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Elmirə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin sentyabrın 24-də saat 19 radələrində Samux rayonunun Qarayeri qəsəbəsində baş verib. 

Mustafa qəsəbədə yerləşən “Feyzinin çayçısı” adlanan çayxananın kabinetində tanışı Səid ilə pivə içdikdən sonra həmin qəsəbədə “Zaurun Bilyardı” adlanan yerdə bilyard oynamaq üçün çayxananadan çıxıblar. 

Həmin vaxt Səid ayaqyoluna gedərək gec qayıtmağını görüb və yenidən çayxanaya daxil olaraq Səidi tapa bilməyib. 

O, çayxananın dəhlizində oturmuş Elmirdən tanışı Səidi görüb-görmədiyini soruşub. 

Bu zaman Elmir Mustafanın ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində mübahisələri yaranıb. Mübahisənin davamı olaraq baş vermiş dava zamanı Mustafa Elmirdən qisas almaq məqsədilə özündə olan bıçağın kəsici-deşici hissəsi ilə onun qarın nahiyəsi və bədən nahiyələrinə vurub. 
Hadisəni törədən Mustafanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mustafa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, sentyabrın 24-də, saat 18-19 radələrində birlikdə ofisiant işlədiyi tanışı Səid ona olan pul borcu qarşılığında onun işlədiyi kafenin kabinetində oturaraq pivə içib: 

“Daha sonra Səid tualetə getmək üçün kabinetdən çıxdı və hesabı ödəmədən qaçaraq getdi. Kafedə işləyən İlhamə adlı şəxs məndən hesabı istəyən zaman Səidi axtarmaq üçün kabinetdən çıxdım. Kafenin zalında oturan Elmirdən Səidi görüb-görmədiyini soruşdum. Bu zaman Elmir mənə söyüş söydü. Mən Elmirdən söyüş söyməsinin səbəbini soraşdum. Elmir ayağa qalxıb yenidə söyərək bir əli ilə mənim əlimi tutdu, digər əlində olan pivə bakalı ilə məni vuracağından qorxduğum üçün bıçaqla sona zərbə endirərək qaçdım”.

Daha sonra təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxslə barışdığını bildirib. 

O, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edib. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Elmirin sözlərinə görə, sentyabrın 24-də, saat 18-19 radələrində kafenin zalında oturaraq pivə içən zaman Səid, Mustafa və kafedə işləyən qız oradakı kupelərin birində pivə içib, söhbət ediblər: 

“Sonra Səid çıxaraq mənimlə hal-əhval tutaraq getdi. Daha sonra Mustafa gələrək məndən Səidi görüb-görmədiyimi soruşdu. Mən də görmədiyimi dedim. Sonra Mustafa kafedən çıxdı və bir qədər sonra gələrək vurdu. Daha sonra yenidən kafedən qaçdı. Mustafanın məni vurmasının səbəbini bilməmişəm. Mustafa ilə aramızda mübahisə olmayıb. Ona söyüş söyməmişəm”. 

Məhkəmədə zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi açıqlanıb. 

Həmin ifadədən görünür ki, Mustafanı pis sözlərlə təhqir etdikdən sonra onunla əl-qol hərəkətləri ilə danışıb: 

“Mən Mustafadan əlimi aşağı salmasını istədim. Bu zaman Mustafa məni yumruqlamağa başladı. Mən özümü müdafiə edərək Mustafanı kənara itələdim. Daha sonra Mustafa mənə yaxınlaşaraq bıçaqla bir neçə dəfə zərbə vurdu”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mustafanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. 

Hökmə əsasən, Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulub. 

Təqsirləndirilən şəxsin davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Samux rayon İcra və probasiya şöbəsinə həvalə edilib. 


Fariz Məlikli
Demokrat.az
Избранный
44
11
demokrat.az

10Источники