RU

Qanunsuz ağac kəsən və ov edənlər SAXLANILDI

Zərdab Rayon Polis Şöbəsinin və 8 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin  əməkdaşları tərəfindən birgə keçirilən tədbirlərlə rayonun Məlikli kəndi ərazisində qanunsuz olaraq ağac kəsən A.İsmayılov və  K.Mahmudov saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Viral.az-a verilən məlumata görə, araşdırmalarla onların 5 ədəd yaş gövdəli ağacı kəsərək təbiətə 6 min manat ziyan vurduqları müəyyən edilib.

Şöbə əməkdaşları tərəfindən həmçinin rayonun Otmanoba kəndi ərasizində qanunsuz ov edən Ə. Rüstəmov və S.Müslümov da saxlanılıb. Həmin şəxslərdən ov tüfəngləri, patronlar və qanunsuz olaraq ovlanmış çöl quşları aşkar edilərək götürülüb.

Son Yazılar:

Faktlarla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Избранный
17
17
viral.az

10Источники