RU

“Ərdoğan yenidən prezident seçilməlidir” – Baxçalıdan ÇAĞIRIŞ

“Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilməlidir”

Bunu Türkiyənin Milliyetçi Hareket Partisinin (MHP) lideri Dövlət Baxçalı deyib.

O, seçki qanunları ilə əlaqədar konstitusiyada dəyişiklik edilməsi barədə çağırış edib:

“Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilməlidir. Bu barədə konstitusiyada dəyişiklik edilməlidir”.

Baxçalı əlavə edib ki, “Türkiyə Yüzilinin” inşası üçün Ərdoğan tək seçimdir.

“Terrorizm həyatımızda silinərsə, inflyasiya canavarına ciddi zərbə vurularsa, Türkiyə siyasi və iqtisadi sabitliyin zirvəsinə çatarsa, Rəcəb Tayyib Ərdoğanın yenidən seçilməsi təbii və doğru seçim olmayacaqmı? Bu kontekstdə lazımi konstitusiya tənzimləmələrinin edilməsi qarşıda duran vəzifələrdən biri olmayacaqmı? Cənab Rəcəb Tayyib Ərdoğan dövlətdə davamlılığın, siyasətdə sabitliyin və Türkiyə Yüzyılının qarantıdır, millətin sevdalısıdır, təcrübəsi və biliyi ilə bizim üçün yeganə seçimdir”.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan iki dəfə prezident seçilib. Konstitusiya onun üçüncü dəfə seçilməsinə icazə vermir.

Избранный
27
4
moderator.az

5Источники