RU

"LeoBank"dan özbaşınalıq: Müştəridən xəbərsiz müqaviləni yeniləyib, faiz tətbiq edib... (ŞİKAYƏT)

Redaksiyamıza "LeoBank" müştərisi Vüsal Bilalov tərəfindən müraciət daxil olub. O, "LeoBank"ın müştərilərinə razılaşmasız borc artımı tətbiq etməsi ilə bağlı narahatlığını bildirib.

V.Bilalov bildirir ki, əvvəllər "LeoBank" tərəfindən verilmiş taksit kartını faizsiz taksit planı ilə istifadə edib. İndi isə kartın borcunun idarə edilməsi ilə bağlı problem yaşayır.

"İlkin olaraq razılığımla 18 aylıq faizsiz taksit planı ilə bu kartdan istifadə edərək alış-veriş etdim" - deyən şikayətçinin sözlərinə görə, "LeoBank" mobil proqramında yoxlama zamanı aşkar edib ki, borc qeydləri və əvvəlki əməliyyatları silinib:

"Səbəbsiz sıfırlamadan narahat olaraq, aydınlıq gətirmək üçün dərhal "LeoBank"ın müştəri xidmətlərinə müraciət etdim. Bir həftə gözlədikdən sonra bank mənə borcumun təfərrüatları ilə bağlı müqavilə göndərdi, lakin böyük dəyişikliklə. Əvvəlcədən məsləhətləşmədən və mənim təsdiqim olmadan "LeoBank" borcumu yenidən hesablayıb, faizləri tətbiq edib və taksit müddətini 24 aya qədər uzadıb. Bu dəyişiklik ilkin şərtlərə uyğun deyildi. Razılaşdırılmış şərtlərə məhəl qoymadan, həm də gözlənilmədən faizlər tətbiq edildi və bununla da ödəməli olduğum ümumi borc məbləği artdı".

V.Bilalov bildirir ki, dəfələrlə etiraz etməyinə baxmayaraq, "LeoBank" nümayəndələri bu düzəlişlərin onun razılığı olmadan edildiyinə məhəl qoymayıblar və bu yeni müqaviləyə əməl etməyində təkid ediblər:

"Məsul müştəri kimi hesab edirəm ki, bank qurumları şəffaflığı təmin etməli və əvvəlcədən razılaşdırılmış şərtlərə riayət etməklə və ya heç olmasa, hər hansı dəyişiklikləri əvvəlcədən bildirməklə müştərilərinin etibarını qorumalıdır. Mən "LeoBank"ı müştəriləri ilə bağlanmış ilkin razılaşmaya əməl etməyə çağırıram".

"LeoBank"dan bildirildi ki, müştəri kartının bitməsinə az müddət qaldıqda alış-veriş edib daha uzun müddətə böldürdüyü halda, müqavilə avtomatik uzanır. Bu halda isə əlavə faizlər hesablanır, məbləğ artır.

Sitat.info

Избранный
4
8
sitat.info

9Источники